Feeds:
Yazılar
Şərhlər

“Dava başladı”

Görsel“Dava başladı” – kimi üçün bu dava xalq, millət, bayraq davası, kimi üçünsə də var-dövlət, səltənət davası idi. Səbəb aydın idi, məqsədlər də…

I Raund: 1976-1988

– Əbülfəz Əliyev bu raundda meydanda döyüşməyə, H.Əliyevsə azarkeşlik etməyə qərar verdi. Birincir aund çox uzun sürdü. Qarma-qarışıqlıq, mənəm-mənəmlik raundun uzanmasına zəmin yaratdı. Nəhayət, I raund bitdi. Bu raundun qalibi Əbülfəz Əliyev oldu.

O qələbəni tək özünə yox, “biz” deyərək qarşıladı. Həqiqətən “biz” idik. “Biz” qələbə çalmağa ilk dəfə belə can ataraq nail olmuşduq. Sözün əsil mənasında “BİZ” qələbə çalmışdıq!

II Raund: 1988-1993

– Artıq hədəfə çatmağı bacaran bu xalq daha çox arzuya, daha çox istəklərə qapıldı. Hədəf artıq bir deyil, bir neçə idi. Artıq bir həqiqət də vardı ki, meydanda rəqiblərlə yanaşı, hakimlər də Əbülfəz Əliyevin əleyhinə işləyirdi. Zaman belə ona əks mövqedə dururdu. Bir yanda “Bütöv Azərbaycan”, bir yanda “Xaos Azərbaycan” fraqmentləri göz önünə gəlir, onun bu raundda qələbə çalmasına maneçilik törədirdi. Çox sürmədi, yenə Əbülfəz Əliyevin bəzilərinin təbilincə desək, “təcrübəsizliyi” onun qələbə çalmasına mane ola bilmədi 🙂
Artıq hər şey dəyişmişdi – insanlar, hətta fikirlər belə. Azadlıq meydanı  “şeytan” bütünün qırıldığı məkan, Əbülfəz Əliyevsə Allah tərəfindən göndərilmiş elçi, bütü qıran insan qiyafəsində idi. Azadlığın Elçisi!!!

III Raund(sonuncu) : 1993-2000

Nəhayət, bu raundda Əbülfəz Əliyev elçi kimi, bəy kimi çıxdı. Bu raund digərlərindən fərqli idi. “Soyadı” özünə qarşı çıxmışdı. Gözlənilməz məqamda və yersiz məcrada xalqın, ELçibəyin mübarizəsi bir anda Əliyevlərin hakimiyyət mübarizəsinə dönüşdü. Nə xalq, nə də dırnağarası komanda bundan narahat deyildi sanki. bir həqiqət vardı – xalq yorğun idi. Bu yorğunluq sanki Elçibəyi də öz ağuşuna almışdı. Elçibəy qələbə çaldı, cümhuriyyətini qurdu, ülvi ideologiyasını gənclərə aşıladı, topluluqların beyninə qazıdı. Elə rəqibi də qələbə qazandı, qurduğunu qurdu – rüşvətxor polis, biqeyrət ordu, qızıldan da tac.